Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

04
iyl
2020
11:45
“Azərsu” ASC-nin şöbə rəisinin müavininin ailəsinə ağır itki üz verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
O qeyd edib ki, hadisə bir həftə ərzində baş verib:
“Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk.
H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”.
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...