Həkim Təbəssüm Məmmədovanın müalicəsindən danışdı: “Anasının razılığı ilə davam etdirilib”

Həkim Təbəssüm Məmmədovanın müalicəsindən danışdı: “Anasının razılığı ilə davam etdirilib”
Hadisə 436

“İyunun 8-də xəstəyə qanaxma olduğu üçün müdaxilə etdik”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının invaziv radioloqu Nicat Alışev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, xəstənin vəziyyəti ağırlaşdığı üçün embolizə edilib:

“İki dəfə qanaxma oldu. İkinci dəfə qanaxma digər daxili orqanlarda qeydə alınanda müdaxilə edildi. Damar yolu ilə qanaxmanın qarşısı alındı və xəstə həyata qaytarıldı. Daha sonra reanimasiya şöbəsinə yerləşdirildi.

İyunun 10-da yenidən qanaxma oldu. Biz bununla bağlı və ölüm riski barədə məlumat verdik. Heç bir xəstəxanada müalicənin maddi tərəfindən söhbət gedə bilməz. Pasiyentin atası olduğunu deyən şəxslə dialoqumuz zamanı o, terapiyanı dayandırmaq istədiyini desə də, anasının razılığı ilə müalicə davam etdirilib.

Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Amma bütün hallarda baş verə biləcəklərlə bağlı ailə yaxınları məlumatlandırılıb”.

Son xəbərlər