SİZİN REKLAM BURADA!
055 213 76 73


“Təbəssüm Məmmədovanın xəstəxanada 17 günlük müalicəsinə 45-46 min manat borc yazılsa da, 30 min manat pul alınıb”.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, damarlarda qanaxmaların bağlanılması üçün çox müdaxilə edilib:

“Təbəssüm Məmmədovanın anasının səsləndirdiyi iddia doğru deyil. Bizim personaldan heç kim ona 30 min manatın bizi qane etmədiyini deməyib. Deyə bilməz.

Ümumi xərclər 45-46 min manata yaxın olsa da, biz tibbi xidmətin pulunu - 30 min manatı qəbul etmişik. Meyit də bir gün sonra yaxınlarına təhvil verilib”.

BAKU.WS