SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Birləşmiş Ərəb Əmirliyində "Ajman One” yaşayış kompleksi yanır.

BAKU.WS-in məlumatına görə, alov artıq rayonun on iki binasını bürüyüb, yanğının daha da yayılması təhlükəsi var.

Xilasedicilər bildiriblər ki, yanğın barədə siqnal yerli vaxtla saat 21:45-də daxil olub. Hazırda yaşayış kompleksində sakinlərin təxliyyəsi həyata keçirilir. Yanğınsöndürənlər alovu lokallaşdırmağa çalışırlar.

Yanğın nəticəsində yarana biləcək zərər barədə məlumat hələ daxil olmayıb.
 
BAKU.WS