SİZİN REKLAM BURADA!
055 213 76 73


   
Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.
 
BAKU.WS