Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

BAKU.WS Xeberle.com-a istinadla xəbər verir ki, hadisə pul borcu üstündə baş verib. Namiq Rəhimov mübahisə zəminində Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb.

Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA