SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Brüssel aeroportundakı partlayışlardan sonra bu dəfə şəhər metrosunda partlayış baş verib.
 
BAKU.WS-in İHA-ya istinadən verdiyi məlumata görə, RBTF telekanalı partlayışın Avropa Birliyi qurumlarının da yerləşdiyi əraziyə yaxın yerdə törədildiyi bildirir. 
 
Qeyd edək ki, bir qədər əvvəl Brüssel aeroportunda iki partlayış baş vermişdi. 
 
Partlayışlar nəticəsində 11 nəfərin öldüyü və 20 nəfərin yaralandığ deyilir. Hadisənin aeroportun gözləmə zalında baş verdiyi yayılan xəbərlər arasındadır. Parlayışlar nəticəsində zalın tavanı çöküb. Sərnişinlər evakuasiya olunub. Bütün reyslər təxirə salınıb. RTBF telekanalı hadisənin terakt olduğunu bildirir.
 
Belçika hökuməti hadisə ilə bağlı təcili toplantı keçirir. 
 
BAKU.WS