SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Məşhur bloger Erik Davidoviç Gürcüstandan Azərbaycana keçə bilməyib. 


BAKU.WS-in məlumatına görə, Erik Davidoviç özü bu barədə sosial şəbəkədə yazıb. 


"Bir Allah bilir ki, sizin yanınıza, Bakıya gəlmək üçün hər şeyi etdim. 12.30-da sərhəd-keçid məntəqəsində idik. Gürcülər 15 dəqiqəyə keçdilər. Azərbaycanla sərhəddə bizi 7 saat gözlətdilər!!! Susuz, ac qaldıq. Səbəb isə budur. Onlar mənim avadanlığımı casus avadanlığı hesab etdilər! Dron göstərəndə isə bu onlar üçün əməlli-başlı şok oldu! Onlar bu aparatla Azərbaycana keçməyə icazə verməyəcəklərini bildirdilər. Bunu onunla əsaslandırdılar ki, Azərbaycanda hərbi əməliyyatlar gedir. İnsanlar rusca demək olar ki, başa düşmürlər. Sərhəddə hər kəs özünü rəis kimi aparır. Şəxsi əşyaları göstərməyi tələb edirlər. Mən şəxsi əşyalarımı 7 dəfə göstərdim. Mən qətiyyən Azərbaycan və onun əhalisi haqda pis bir şey danışmıram. Ancaq yumşaq desək sərhəddə qəribə insanlar çalışır. Mən bütün dünyanı bu qurğularla gəzmişəm. Ancaq heç kimin mənə bircə dənə də olsun iradı olmayıb. Biz çoxsaylı insanlarla söhbətləşirdik. Ancaq problemi heç cür həll edə bilmədik. Bizə dedilər ki, aparatları qoyaraq  ölkəyə keçək. Bu isə əsgərin silahını alaraq onu döyüş  meydanına buraxmaq kimi bir şeydir. Mən Tiflisə qayıtdım. Sabah nə edəcəyimizə qərar verəcəyik. Hələlik problemin həlli yolunu görmürəm. Allah şahiddir, Bakıya, sizin yanınıza gəlmək üçün hər şeyi etdim. 2500 km qət etdim. İstəyirdim ki, sizin gözəl ölkənizdə daha çox vaxt keçirim”.


Azad Əliyev

BAKU.WS