SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxıstanda 31 yaşlı model İrina Livşun özünü yandıraraq dünyasını dəyişib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, qazax polisi gənc qadının meyitini Almatı şəhərindəki evində tapıb. Polis qadının evindən benzin bakı da tapıb. Dostları keçmişdə məşhur olan Livşunun son zamanlar iş tapmaqda çətinlik çəkdiyini deyiblər.

Polisin dediyinə görə, İrinanın qohumları da aylardır işsiz olan gənc qadının depressiyaya düşdüyünü təsdiqləyib. O, ətrafındakı insanlara intihar edəcəyi barədə dəfələrlə deyib. Livşunun artıq yaşlı olduğundan iş tapa bilmədiyini düşündüyü üçün intihar etdiyi deyilir.
 
BAKU.WS