13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyədə "Ankaralı Namık" adıyla tanınan 39 yaşlı sənətçi Namiq Uğurlu yaşadığı 7-ci mərtəbədən özünü ataraq dünyasını dəyişib.

BAKU.WS Türkiyə mediasına istinadən məlumat verir ki, Uğurlunun intihar etdiyini eşidən yaxınları və sevənləri hadisə yerinə gəliblər. Aparılan araşdırmadan sonra müğənninin həqiqətən də intihar etdiyi öyrənilib.

Qeyd edək ki, Namiq keçən ay həyat yoldaşı Nebahat Uğurlu ilə birgə avtomobil qəzasına düşmüşdü. Qəzadan sonra ifaçının onurğası əməliyyat olunmuşdu. O, müstəqil millət vəkili olaraq siyasətə atılmaq istəyirdi. Sənətçi eyni zamanda "Eczacıspor" klubunun prezident köməkçisi idi.
 
BAKU.WS