SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusun yanması ilə bağlı məlumat yayıb.

BAKU.WS nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:03

Bakıda avtobus yanır.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. 

Onların sözlərinə görə, hadisə Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında - Təbriz küçəsi 98 ünvanında baş verib.

"Karsan" markalı avtobusun mühərrik hissəsi qəfil alışıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən sərnişinlər avtobusdan təxliyə olunub.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

BAKU.WS
VİDEO