SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror hadisəsinin baş verdiyi Kızılay meydanına vətəndaşlar qərənfil düzüb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə baş verən ərzinin terror aktından sonra yenidən istifadəyə verilməsilə çox sayda insan Kızılay meydanına axın edib. 

Vətəndaşlar terror aktının həyata keçirildiyi yerə qərənfillər qoyub. "Qalatasaray" forması geyən bir vətəndaş öz komandasının, Fənərbaxça və Beşiktaşın şarflarını da çiçəklərin yanına qoyub. 

Ətrafdakı bina və avtobus dayanacaqlarda partlayışın izləri hələ də qalmaqdadır. Digər tərəfdən, terror aktının baş verdiyi bölgəyə girişə icazə verilməsindən sonra mətbuat nümayəndələri hadisə yerində çəkiliş aparır.
 
BAKU.WS