VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ankarada dünən axşam saatlarında Kızılay meydanında baş verən terror hadisəsini törədənlərdən birinin şəxsiyyəti məlum olub.
 
BAKU.WS-in məlumatına görə, təhlükəsizlik qüvvələrindəki qaynaqlardan bildirilir ki, terrorçulardan biri Balıkesir Universiteti tələbəsi Seher Çağla Demir adlı qadındır. 
 
Terrorçunun şəxsiyyəti gecə saatlarında təyin olunub. Qadın kamikadzenin kimliyi partlayışı törədən avtomobilin ətrafında əldə edilən cəsəd parçaları və barmaq izindən müəyyənləşdirilib. 

Balıkesir Universitetində təhsil alan qadın 4 rəfiqəsi ilə birlikdə "PKK terror təşkilatına üzv olmaq və təbliğ etmək" günahı ilə mühakimə olunurdu.
 
BAKU.WS