SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Türkiyədə yenidən terror aktı gözlənilir.

 

 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbə açıqlama verib. Mənbənin sözlərinə görə, PKK bayram ərəfəsində – martın 20-də Türkiyəni qan gölünə çevirməklə hədələyib. Bu məqsədlə terrorçuların istifadəsində 20-dən çox maşın olduğu bildirilir.


Türkiyənin xüsusi xidmət orqanları hazırda həmin avtomobilləri axtarır.


Mənbə qeyd edib ki, PKK-nın hədəfindədövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm obyektləri və kütləvi nəqliyyat vasitələridir.


Xatırladaq ki, son bir ayda Ankarada törədilən terror aktında 70-dən çox adam həlak olub, 200-ə yaxın şəxs yaralanıb.

 

BAKU.WS