“Meyvəli bazar”da anbarları su basdı - AÇIQLAMA - VİDEO

Sədərək Ticarət Mərkəzi yaxınlığında kanalizasiya boruları partlayıb.
BAKU.WS "Oxu.Az"-a istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində “Meyvəli bazar”ın anbarlarını su basıb.
Hadisə nəticəsində sahibkarların mallarına ciddi ziyan dəyib.
Məsələ barəsində əməkdaşımız “Azərsu” ASC ilə əlaqə saxlayıb.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, orada qurumun heç bir infrastrukturu yoxdur: “Orada ASC- yə məxsus kanalizasiya xətti, kollektoru yoxdur. Çox güman ki, baş verən hadisə dünən yağan yağışla bağlı olub”.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
"Eurohome"da sahibkarların yanan pullarını kim ödəyəcək? - ARAŞDIRMA
2 gün öncə “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın yenidən ticarət mərkəzlərinin sığorta məsələsini gündəmə gətirdi. BAKU.WS xəbər verir ki, bu məsələ i...
