Pul xırdalamaq istəyən şəxsin əməli anbaan kameraya düşdü - VİDEO

Bakının Nərimanov rayonunda mağazaya pulu xırdalamaq adı ilə daxil olan şəxs oğurluq edib.
Bu barədə mağaza sahibi BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.
Bildirilir ki, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 80 ünvanında qeydə alınıb.
Ərzaq mağazasından oğurluq edən şəxs kassaya yaxınlaşaraq pulu xırdalamağı xahiş edib.
Xəzinədarın pul xırdalamağa başı qarışan zaman oğru piştaxtadan malları götürərək cibinə qoyur.
Həmin anlar mağazadakı müşahidə kamerasına düşüb.
Mağaza sahibi qeyd edib ki, bu, son dövrlərdə adıçəkilən ünvanda baş verən yeganə oğurluq hadisəsi deyil. Bundan əvvəl də sözügedən mağazada oğurluqlar olub.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Oxşar xəbərlər
Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO
Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar d...