SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə martın 4-də Nərimanov rayonunun Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin “VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəllüdlü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

BAKU.WS