Azərbaycanda ağır qəza - 2 ölü, 2 yaralı

28
fev
2020
15:15
Gədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi ilkin məlumata görə, “Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar arasında iki azyaşlı uşaq və ana var. Ana Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Uşaqların vəziyyəti ağır olduğundan onlar özəl xəstəxanalardan birinə aparılıb.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Gəncədə ağır qəza - 1 nəfər öldü (YENİLƏNİB)
Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Ab...