Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, videogörüntülər Xətai rayonu, Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb.
Göründüyü kimi avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb:
“Görüntülər bu gün lentə alınıb. 46 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobuslar hər gün sözügedən ünvanda yolun əks istiqamətinə çıxır.
Xahiş edirik bu cür davranışlara yol verən avtobus sürücüləri haqqında tədbir görülsün”.
Oxşar xəbərlər
Bakıda avtobus sürücüsü qaydaları pozdu - VİDEO
Bakıda fəaliyyət göstərən 30 nömrəli marşrut avtobusunun sürücüsü Babək Prospektində əks zolağa çıxaraq qəza şəraiti yaradıb. Həmin yolda olan bir minik avtomob...