SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyatı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

BAKU.WS