Bakıda canavarın hücum çəkdiyi şəxs: "Boğub öldürdüm, sonra yandırdım" - VİDEO

Bakıda canavarın hücum çəkdiyi şəxs: Boğub öldürdüm, sonra yandırdım - VİDEO
Video
Hadisə 3236

"Maqazindən gəlirdim. Siqaret almağa getmişdim. Üstümə gəlib hücum çəkdi".

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu sözləri canavarın hücumuna məruz qalmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində yaşayan 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu deyib.

Xəsarət alan şəxs bildirib ki, canavarı boğub öldürüb: "Sonra yandırdım. İt deyildi, canavar idi".

Xatırladaq ki, Bakıda canavar yerli sakini dişləyib. Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər