SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakının Nəsimi rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Yanğın 2-ci mikrorayon ərazisində, Cavadxan 48A ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb. Bina sakinləri binadan təxliyə edilib.

Belə ki, səhər saatlarında binanın 5-ci mərtəbəsindəki mənzildə tüstülənmə olub. Daha sonra güclü yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın artıq söndürülüb. Xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO