SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə zəncirvari qəza qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib.

“VAZ-21014” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan "VAZ-2107" markalı avtomobillə, daha sonra isə "Mercedes"lə toqquşub.

Sürücü daha sonra hadisə yerindən qaçıb. Bir müddət sonra isə geri dönüb.

Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA