Qubanın Yerfi kəndində yanğın baş verib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, əvvəlcə bir evdə başlayan yanğının əhatəsi genişlənib.

Alov yaxınlıqdakı evə də keçib. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin iki briqadası cəlb edilib. Evlərdən birinin Yerfi kəndinin bələdiyyə sədri Əbülfət Həsənova, digərinin isə onun həmin kənddə müəllim işləyən qardaşı Mübariz Həsənova məxsus olduğu bildirilir.

Alov söndürülüb. Yanğın zamanı Mübariz Həsənova məxsus 1960-cı ildə inşa edilmiş, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev, Əbülfət Həsənova məxsus, ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi tamamilə yanıb.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
VİDEO