Bakıda tələbə qız dəm qazından boğularaq ölüb

12
fev
2020
09:32
Bakıda tələbə dəm qazından boğulub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlandı
Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Arz...
