SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni ortaq aviasiya qüvvələri təşkilatı yaradacaq. 


BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu KTMT-nin baş katibinin müavini Valeri Semerikov deyib. "Biz təşkilatın kollektiv aviasiya qüvvələrinin yaradılması barədə təklif hazırlamışıq”. 


Baş katibin müavini həmçinin deyib ki, kollektiv aviasiya qüvvələrinin yaradılması bu qüvvələrin təşkilata üzv olan ölkələrdən hər birinə kömək üçün göndərməyə imkan verəcək”, - deyə Semerikov bildirib. 


Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür. 


Azad Əliyev

BAKU.WS