SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakının Nəzami rayonunda dəhşətli faciə baş verib.

BAKU.WS xəbər verir ki, hadisə dünən saat 12 radələrində H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında “İKMA Services” MMC tərəfindən lift quraşdırılan zaman qeydə alınıb.

Belə ki, şirkətin işçisi 1998-ci il təvəllüdlü Musa Azər oğlu Dəmirov təmir işləri apararkən lift hərəkət edib.

O, liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS