SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS