SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini - Lalə Eyyubovanın saxlanılmsı barədə xəbər vermişdik.

BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun əmisi nəvəsidir. 

Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir. 

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.

BAKU.WS