SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə Təcili Yardım briqadaları yollanıb:

"Qəza nəticəsində xəsarət alan 3 qadın 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər.

Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir.

Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək".

***14:56

Sumqayıt - Xırdalan istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, yol qəzası saray postu yaxınlığında qeydə alınıb.

Hadisə ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova BAKU.WS-ə bildirib ki, qəzaya uğrayan 523 saylı sərnişin avtobusudur.

Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə avtobus yol kənarında maneəyə çırpılıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA