SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS