Qaxda vəzifəli şəxs vəfat etdi

11
dek
2019
23:19
Qaxda 62 yaşlı məktəb direktoru qəflətən dünyasını dəyişib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qax şəhər 5 saylı tam orta məktəbin direktoru, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri, 1957-ci il təvəllüdlü Sevil Musa qızı Əsgərova bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, 62 yaşlı Sevil Əsgərova 10 ildən çox idi ki, şəhər 5 saylı orta məktəbə rəhbərlik edirdi.
O, həm də 5 ildən artıq bir müddət idi ki, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri idi.
Oxşar xəbərlər
Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib - FOTO
Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib.BAKU.WS report-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi...