SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə deputatın yaxınları məlumat verib.

Millət vəkili ilə vida mərasiminin dekabrın 8-də saat 12:00-dan 13:00-dək Quba Mədəniyyət Evində keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Yevda Abramov bir müddətdir xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Allah rəhmət eləsin!

BAKU.WS