SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb.

Abşeron rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb.

Abşeron rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bəzi xəbər saytlarında həmin qadının qətlə yetirildiyi yazılırdı.

BAKU.WS