SİZİN REKLAM BURADA!
055 213 76 73


21 noyabr tarixində Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Nərmin Quliyeva Əşrəf qızı hələ də tapılmayıb.

BAKU.WS xəbər verir ki, 2009-cu il təvəllüdlü Nərmini hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramı axtarır. Lakin azyaşlı qızın itkin düşməsinin üstündən 1 həftə keçməsinə baxmayaraq, axtarışlar bir nəticə verməyib.

Nərminin doğmalarının iştirakı hər gün efirdə gərgin anlar yaşadır. Günlərdir efirdə qızının tapılması üçün efirə gələn ananın vəziyyəti bu gün canlı yayımda pisləşib və huşunu itirib. Dünən isə nənənin hazı pisləşmişdi.

Məktəbli qız gündüz saat 3-4 radələrində atasının gödəkçəsini əmisigildən götürüb evə qayıdarkən itib. Nərminin kəndə gələn sarı taksi ilə qaçırıldığı da ehtimal edilir. Çünki Nərminin bacısının sözlərinə görə, sarı taksinin sürücüsü onu da maşına mindirmək istəyib. Lakin qız onu tanımadığından qorxub və taksiyə minməyib.

Zülfiyyə Qurbanova
BAKU.WS