SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS