SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın bahalı minik maşınını oğurlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının binasının yaxınlığında, Azadlıq prospektində baş verib.

Belə ki, oğurluq barədə 1987-ci il təvəllüdlü Sənan Alişov polisə müraciət edib. O, Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinə şikayətində bildirib ki, “Range Rover” markalı, 90 PB 266 dövlət nömrə nişanlı avtomobili oğurlanıb.

Polisin keçirdiyi axtarış-əməliyyat nəticəsində məlum olub ki, maşın şikayətçini tanışı, 50 yaşlı qadın tərəfindən oğurlanıb.

Qadın bildirib ki, maşını gəzmək məqsədilə oğurlayıb.

Faktla bağlı araşdırmalara başlanılır.

BAKU.WS