SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi detallar məlum olub.

BAKU.WS xəbər verir ki, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib:

“İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Dayım oğlunun mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır”.

T. Məhəmmədov qeyd edib ki, qardaşı Elvinin (bəy) vəziyyəti hələ də normallaşmayıb, amma buna baxmayaraq restoran faktı təsdiqləmir:

“Toydan bir gün sonra restoranla əlaqə saxladıq və baş vermiş hadisəni bildirdik, ancaq onlar "belə bir şey ola bilməz" dedilər. Toyda böyüklərdən başqa, uşaqlar arasında da zəhərlənmə olub, amma xoşbəxtlikdən onlarda ciddi pozuntu aşkarlanmayıb”.

Bəyin qardaşı əlavə edib ki, xəstələrin çağırışına gələn təcili tibbi yardım briqadası onların qidadan zəhərləndiklərini təsdiqləyib.


***10:06

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS “oxu.az”a xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub.

Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.

Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.

BAKU.WS