SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə Bak-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə qəza zaman "KAMAZ" markalı yük maşını ilə "VAZ 21011" markalı avtomobil toqquşub. Nəticədə minik maşınında olan şəxslərdən biri ölüb, digərinin vəziyyəti ağırdır. Qəzaya səbəb kimi minik maşınının yüksək surətlə idarə edilməsi və yağmurlu hava şəraiti göstərilir.

Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS