SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alabşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Burcəliyeva Gülnarə Binnət qızı döyülmə diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Araşdırma zamanı məlum olub ki, 53 yaşlı qadın keçmiş həyat yoldaşı və öz bacısı tərəfindən vəhşicəsinə döyülüb və çoxsaylı bədən xəsarətləri alıb.

İlkin məlumatlara görə qadın keçmiş ərindən boşansa da əri və doğma bacısı ilə bir evdə qalır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.
BAKU.WS