Azərbaycanda yenə də şirkət rəhbərlərindən biri axtarışa verilib.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Məlumata görə, S. Şeyxov dəfələrlə vergi və bank borcları ilə bağlı dəfələrlə məhkəməyə verilib. Lakin o borcları ödəməkdən boyun qaçırıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Ziya Səccad
BAKU.WS
Azərbaycanda daha bir iş adamı barəsində cinayət iş başlanıb
21
avq
2015
1 206