SİZİN REKLAM BURADA!
055 213 76 73


Şirvan şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, 9 saylı sərnişin avtobusu “VAZ-21014” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ”ın sürücüsü yerindəcə keçinib. Onun meyiti maşında sıxılaraq qalıb.

Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sürücünün meyitini 2 saat ərzində maşından çıxarıblar.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə bildirib ki, hadisə bu gün saat 15 radələrində Şirvan şəhərində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusla minik maşını toqquşub. Hadisə zamanı bir nəfər ölüb.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO