SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun "avtovağzal" deyilən ərazisində qeydə alınıb.

"JEEP" markalı avtomobil öncə "VAZ-2106" markalı avtomobili, daha sonra isə motosiklet vurub. Nəticədə motosikletin sürücüsü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq 1984 cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu dünyasını dəyişib.

Hadisə zamanı "Prado" markalı avtomobilin sürücüsü ərazidən qaçıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
BAKU.WS