SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə keçmiş bank müdiri fərdi təsərrüfatda iş görərkən ağır xəsarət alıb.

BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, 1952-ci il təvəllüdlü Qəzənfər Musayev tənək çardağından yıxılıb və ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun bel sümüyündə və boyun fəqərəsində sınıqlar qeydə alınıb.

Qeyd edək ki, Qəzənfər Musayev uzun müddət “Texnikabank”ın Mingəçevir filialının müdiri vəzifəsində çalışıb.
BAKU.WS