SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Əmanət Bankında soyğun hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, Rostovda qeydə alınan bank soyğunu müşahidə kamerasına da düşüb. Görüntülərdən aydın olduğu kimi müştəri kimi banka daxil olan şəxs xəzinəyə yaxınlaşaraq pasportunu bank əməkdaşına uzadır. Pasportun içərisinə balaca qeyd qoyan oğru biclik eliyib.
 
Bank əməkdaşı kağızda "Bu soyğundur. Sakit otur. Zalda mənim adamım var. Əgər pulu verməsən buranı partladacağıq" mesajını gördükdən sonra pulları soyğunçuya verməyə razı olub. Xəzinədar "həyəcan" düyməsini sıxdıqdan sonra 2,5 milyon rublu verib. 

Şahin Həbibov
BAKU.WS