SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda Qeyri-Bank Kredit Təşkilatında qarət hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərində qeydə alınıb. Qeyri-Bank Kredit Təşkilatı olan "Viator Bank”da baş verən hadisənin necə baş verdiyi polis tərəfindən araşdırılır.
 
"Viator Bank”dan BAKU.WS-ə qarət hadisənin baş verdiyi təsdiqləyiblər. Ancaq təşkilat hadisənin təfərrüatları barədə hələlik bir açıqlama vermək niyyətində deyil. 
 
"Hazırda bankda rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilir. Hadisə barədə məlumat verə bilmərik. Çünki polis qarət hadisəsinin isti izlərlə açılması üçün araşdırma aparır", - deyə "Viator Bank”dan bildirilib. 
 
Qeyd edək ki, VİATOR MİKRO MALİYYƏ AZƏRBAYCAN MMC – Azərbaycanın müxtəlif regionlarında kiçik iş adamlarını maliyyə imkanları ilə təmin edən və bununla da yeni iş imkanları əldə etmək, əmlak sahibi olmaq və həyat standartlarını yüksəltməkdə onları dəstəkləyən Qeyri-Bank Kredit Təşkilatıdır.Təşkilat əsasən ənənəvi maliyyə müəssisələrindən kredit üçün yararlana bilməyən fərdi şəxsləri və fərdi şəxslərdən ibarət qrupları kiçik kreditlərlə təmin edir.
 
 
Şahin Həbibov
BAKU.WS