SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıya qonaq gələn gənc qız itkin düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Şamaxı rayon, M.P.Vaqif küçəsi 22 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Şükürova Günay Ağagül qızı Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi 181 saylı evə qonaq gəlib.

G.Şükürova evin yaxınlığındakı mağazaya ərzaq almaq üçün gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS