SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 50 yaşlı qadın itkin düşüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 47-də yaşayan, 1968-ci il təvəllüdlü Bəşirova Zülfiyyə Vəlibəy qızı oktyabrın 7-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırmalara başlanılıb.

BAKU.WS