SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda qara tüstü ətrafı bürüyüb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Bakı-Astara yolunda güclü yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yolda sıxlıq yaranıb.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, yanğın Bakı-Astara yolunda təkər tullantıları yığılan ərazidə qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb, yanğının söndürülməsi istiqamətində çalışırlar.
BAKU.WS
VİDEO