VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, “Malakan” bağında, “Exspress” adlı kafedə tüstüləmə olub. 

Qeyd edək ki, alışma kafenin tüstü borusunda başlayıb və yayılmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı dərhal alınıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO